Ciao! Mənim adım Həmidədir

Artıq 5 ildir ki, İtaliyada, Genova şəhərində yaşayıram və fəaliyyət göstərirəm. Uşaqlıqdan italyan dilinə olan marağım zamanla peşəkar istiqamətə çevrildi və həyat yolumu məhz italyan dili və ədəbiyyatı ilə bağladım.

Moskva Dövlət Universitetinin İtalyan dili və ədəbiyyatı fakültəsində bakalavr və magistr təhsili almışam. Təhsil illərində müxtəlif akademik və praktiki layihələrdə iştirak etmiş, italyan dili üzrə dərin nəzəri və tətbiqi biliklər qazanmışam.

2021-ci ildə İtaliyaya köçərək təhsilimi burada davam etdirdim. Università degli Studi di Genova universitetində “Lingue Moderne per la Comunicazione Internazionale” ixtisası üzrə magistr proqramını tam təqaüdlə qazandım və uğurla başa vurdum.

Bu müddət ərzində:

  • İtalyan dili üzrə tədris fəaliyyəti göstərdim

  • İtaliyada təhsil almaq istəyən tələbələrə məsləhət və istiqamət verdim

  • Universitet müraciəti, sənədləşmə prosesi və uyğunlaşma mərhələsində dəstək oldum

  • Təqaüd proqramları və qəbul prosedurları ilə bağlı praktiki təcrübə qazandım

Artıq 5 illik real təcrübə ilə İtaliyada tələbə həyatı, yaşayış xərcləri, sənədləşmə, magistr təhsili, təqaüd imkanları və adaptasiya prosesi haqqında ətraflı və praktik biliklərə sahibəm.

Bu platformanın məqsədi — italyan dili öyrənmək, İtaliyada bakalavr və magistr təhsili almaq, yaxud İtaliyada yaşamaq və işləmək istəyən şəxslərə real, yoxlanılmış və praktik məlumat təqdim etməkdir.

Burada paylaşdıqlarım sadəcə nəzəri informasiya deyil — şəxsi təcrübə, keçdiyim mərhələlər və real nəticələrdir.